FIBA Çempionlar Kuboku: Azərbaycan millisi ilk oyununda Kanadaya məğlub olub

Baş səhifə
FIBA Çempionlar Kuboku: Azərbaycan millisi ilk oyununda Kanadaya məğlub olub

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokuna məğlubiyyətlə start verib.

“Report”un məlumatına görə, B qrupunda yer alan yığma birinci oyununda Kanada ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə ilə bitib – 16:10.

Milli saat 16:05-də meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək. Yığma sabah İspaniya ilə görüşəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.