
Bakı. Trend:
Quşadası Bələdiyyəsində (Aydın vilayəti) korrupsiya ittihamları
ilə bağlı əməliyyat keçirilib. İstanbul Respublika Baş Prokurorluğu
tərəfindən aparılan istintaq çərçivəsində bələdiyyə sədri Ömər
Günel və daha beş nəfər saxlanılıb.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir
Baş Prokurorluqdan verilən açıqlamada bildirilib ki, Ömər
Günellə yanaşı, Şəhərsalma və Tikinti İdarəsinin müdiri Əhməd
Taşkan və Tikintiyə Nəzarət İdarəsinin müdiri Mustafa Burak Gündeş
də daxil olmaqla beş nəfər saxlanılıb.
Saxlanılan şəxslərə qarşı rüşvət və vəzifə səlahiyyətlərindən
sui-istifadə ittihamları irəli sürülüb.

