Türkiyədə 5,3 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin mərkəzində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri Tokat şəhərindən 46 km
şimalda olub. Yeraltı təkanların ocağı 6 km dərinlikdə
yerləşib.

Xəsarət alanarl və ya dağıntılar barədə məlumat verilməyib.