Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turu başlayır

Baş səhifə
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turu başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura bu gün start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“DH Volley” UNEC-in, “Gəncə” isə “Milli Aviasiya Akademiyası”nın qonağı olacaq. Hər iki görüş saat 17:00-da start götürəcək.

Oyunlar müvafiq olaraq UNEC-in və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.