Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə məşğul olmağa başlayır – SOCAR-ın prezidenti

Baş səhifə

Vaşinqton. Trend:

Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi
ilə məşğul olmağa başlayır.

Trend-in xüsusi müxbiri xəbər
verir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30
illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında
çıxışı zamanı bildirib.




Nəcəf vurğulayıb ki, Xəzər dənizində əhəmiyyətli balıq
ehtiyatları olduğuna görə bu mövzu əvvəllər ölkə üçün prioritet
olmayıb.

“Əvvəllər biz dənizdə neft və qaz yataqlarına diqqət yetirirdik.
İndi isə dəniz yataqlarının işlənməsi ilə paralel olaraq, quruda
qeyri-ənənəvi sərvətlərin işlənməsini də həyata keçiririk. Bu
mənada, Amerika şirkətləri bu layihənin təbii tərəfdaşlarıdır,
çünki onlar lazımi texnologiyalara, biliklərə və təcrübəyə çıxış
əldə edirlər. Bu layihənin uğurlu inkişafı üçün məhz bu tələb
olunur. Biz artıq ExxonMobil ilə işləməyə başlamışıq”, – o
bildirib.