İndoneziyada zibil poliqonunda uçqun – Azı 7 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın ən iri poliqonunda baş verən uçqun nəticəsində azı
yeddi nəfər həlak olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Hadisə Cakartanın şəhər kənarında yerləşən Bantaraqebank
poliqonunda baş verib. Uçqunun leysan yağışlarından sonra baş
verdiyi bildirilir. Xilasedicilər dağılmış tullantı qalaqlarının
altından 7 meyit aşkarlayıblar.

Qeyd edək ki, bundan əvvəl İndoneziyanın Qərbi Yava əyalətində
leysan yağışlardan sonra başqa verən torpaq sürüşmələrində 25
nəfərin həlak olduğu deyilirdi. İki kənd tamamilə yer üzündən
silinib.