Yaxın Şərqdəki hərbi əməliyyatlara görə İsraildə 191 nəfər xəsarət alıb

Baş səhifə
Yaxın Şərqdəki hərbi əməliyyatlara görə İsraildə 191 nəfər xəsarət alıb

Yaxın Şərqdəki döyüş əməliyyatları səbəbindən son 24 saat ərzində İsraildə 191 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə İsrail mətbuatı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Xəstəxanaya yerləşdirilənlər arasında həm hərbçilər, həm də mülki şəxslər var. Ən azı bir nəfərin vəziyyəti kritik, daha üç nəfərin vəziyyəti isə ağırdır.