Dünyaşöhrətli müğənni silahlı hücuma məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Amerikalı məşhur müğənni Rihanna silahlı hücuma məruz qalıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatının yerli
hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, pop ulduzun Beverli Hills şəhərində (Kaliforniya
ştatı) yerləşən evinə atəş açılıb.




Güllələr yaşayış evinin müxtəlif hissələrinə dəyib. Rəsmilər
qeyd ediblər ki, hadisə zamanı müğənni evdə olub, lakin hücum
nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, avtomobillə gələrək atəş açdıqdan sonra hadisə
yerindən sürətlə uzaqlaşan şübhəli təxminən 12 kilometr aralıda
saxlanılıb.

Şübhəli şəxsin qadın olduğu bildirilsə də, şəxsiyyəti hələlik
açıqlanmır.