
“Hizbullah” döyüşçüləri Livanın cənubunda İsrailə məxsus “Hermes 900” pilotsuz uçuş aparatını vurub.
“Report”un məlumatına görə, hərəkat bununla bağlı Telegram-da bəyanat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Qantara bölgəsi üzərindən uçarkən yer-hava raketi ilə vurulub.
“Hizbullah” həmçinin iddia edir ki, əvvəllər də eyni ərazidə İsrailin “Merkava” tankına hücum edilib. Hərəkat hücumun intiharçı pilotsuz təyyarəsi tərəfindən həyata keçirildiyini iddia edir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


