Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti
dayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana
və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan
Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.

Trend xəbər verir
ki, bu barədə AYNA məlumat yayıb.

Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə
daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata
keçirilir.




Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks
istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni
zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də
ayrılıb.

Martın 5-dən indəyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442
nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam
etdirilir.