Bakı. Trend:
7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva
şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən
gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə
gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan
vurmuşdur.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı
Səfirliyindən Trend-ə verilən məlumata görə, beləliklə avtomobil
inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş
qapılarının birinə dəymişdir.
Bildirilib ki, döngə ilə metronun çıxışı arasında məsafənin az
olması səbəbindən avtomobil qapıya çırpılmışdır.
Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almamışdır.
Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.

