Salyanda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Baş səhifə
Salyanda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı avtomobil yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü A.A-nı vurub.

Oğlan uşağı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.