Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin
Ben-Qurion Beynəlxalq Hava Limanına raket hücumu edildiyini
bildirib.
Trend-in
məlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidməti bildirib.
“SEPAH İsrail Müdafiə Nazirliyinin binası və Ben Qurion
Beynəlxalq Hava Limanındakı strateji hədəflərə hipersəs raketlər və
dronlardan istifadə edərək zərbə endirib”, – deyə qeyd olunub.
Bildirilib ki, SEPAH artıq “bölgədə yerləşdirilən yeddi müasir
ABŞ və İsrail radarını” məhv edib.

