Gələcəkdə TələbəPlus kartı vasitəsilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, 160 minə yaxın tələbə artıq bu kartından istifadə edir: “Nəzrədə tutulan yenilik barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək”.
Nazir müavini qeyd edib ki, müəllimlər bu imtiyazdan hazırda yararlanır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

