Tramp ABŞ-nin ən böyük şirkətlərindən yüz milyonlarla dollar alıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın qeyri-kommersiya təşəbbüsləri, o
cümlədən Ağ Evdə bal zalının inşası üçün ölkənin aparıcı
şirkətlərindən 800 milyon dollardan artıq ianə cəlb olunub.

Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.

Bildirilib ki, vəsaitlərin toplanması ilə Trump Media şirkətinin
direktorlar şurasının üzvü Meredit O’Rurk məşğul olur.




Məlumata əsasən, ən iri donorlar sırasında SoftBank, Apple,
Microsoft, Amazon və Meta yer alır.

Qeyd olunub ki, SoftBank Trampın prezident kitabxanasının
yaradılması üçün 50 milyon dollardan çox vəsait ayırıb. Apple Ağ
Evdə bal zalının tikintisinə təxminən 25 milyon dollar ianə edib.
Microsoft və Amazon isə hər biri təxminən 15 milyon dollar
məbləğində maliyyə dəstəyi göstərib. Bundan əlavə, Meta da Trampın
layihələrinin maliyyələşdirilməsinə on milyonlarla dollar
yönəldib.