SEPAH-ın hücumu nəticəsində BƏƏ-də 40-dan çox amerikalı hərbçi öldürüldü

Baş səhifə

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)-ın Hərbi Dəniz
Qüvvələrinin həyata keçirdiyi kombinə edilmiş PUA və raket hücumu
nəticəsində Birləşmiş Ərəb Əmirlikləri-nin Dubay şəhərində 40-dan
çox amerikalı hərbçi öldürülüb.

Trend xəbər verir
ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, HDQ-nin Dubay şəhərində amerikalı hərbçilərin
toplandığı məkanlardan birinə PUA hücumu zamanı orada 160-dan çox
dəniz piyadası olub. Sahə məlumatlarına əsasən, kombinə edilmiş PUA
və raket hücumu nəticəsində 40-dan çox ABŞ hərbçisi öldürülüb,
70-dən çox hərbçi isə yaralanıb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.




Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.