Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin müdafiə
naziri general-leytenant Əziz Nəsirzadənin ABŞ və İsrail hava
hücumu nəticəsində həlak olduğunu təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında
bildirilib.
Bəyanatda onun ölümünün İran silahlı qüvvələri və xalqı üçün
ağır itki hesab edildiyi bildirilib. Həmçinin qeyd olunub ki, bu,
milli birliyi gücləndirəcək, iri müdafiə proqramlarının həyata
keçirilməsini sürətləndirəcək və ölkənin milli maraqların
qorunmasında strateji qətiyyətini gücləndirəcək.

