“Qarabağ” – “Sabah” oyununda qalib müəyyənləşmədi – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Trend-in
məlumatına görə, günün son matçında “Qarabağ” Tofiq Bəhramov adına
Respublika Stadionunda “Sabah”ı qəbul edib. Görüş 3:3 hesablı
heç-heçə ilə yekunlaşıb.

Ağdam klubunun heyətində Pedro Bikalyo, Kevin Medina və Musa
Qurbanlı fərqləniblər. “Sabah”ın qollarını isə Xəyal Əliyev, Aaron
Maluda və Coy-Lens Mikels vurublar.




Turnir cədvəlinə 53 xalla “Sabah” başçılıq edir. “Qarabağ” isə
46 xalla ikinci pillədə qərarlaşıb.

Günün ilk görüşündə “Turan Tovuz” “Azərsun Arena”da “İmişli”ni
sınağa çəkib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” “Araz-Naxçıvan”ı (1:0) məğlub
edib. “Neftçi” – “Şamaxı” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1)
oyunları isə heç-heçə ilə başa çatıb.