Bakı. Trend:
Güclü qar yağışı səbəbindən təxminən 500 sərnişin Münhen hava
limanında təyyarələrdə gecələmək məcburiyyətində qalıb.
Trend xəbər verir
ki, bu barədə “DPA” məlumat yayıb.
Cümə axşamı axşamı planlaşdırılan reyslər güclü qar yağması
səbəbindən ləğv edilib. Bütün sərnişinlər artıq təyyarədə olub və
uçuşa hazır vəziyyətdə idilər.
Münhen Hava Limanıdan verilən məlumata görə, avtobusların və boş
dayanacaq yerlərinin olmaması səbəbindən sərnişinlər terminala
qayıda bilməyiblər. Nəticədə sərnişinlər və heyət təyyarədən düşə
bilməyib və gecəni göyərtədə keçirməyə məcbur olublar.

