Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırdı

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp qlobal idxal rüsumunun artırıldığını
açıqlayıb.

Trend xəbər verir ki, Ağ Evin
rəhbəri bu barədə “Truth Social” hesabında paylaşım edib.




Onun sözlərinə əsasən, ABŞ Ali Məhkəməsinin tərəfindən
tariflərlə bağlı qərarın geniş və ətraflı təhlilindən sonra 10
faizlik qlobal rüsum dərhal qüvvəyə minməklə 15 faizə
yüksəldilib.

ABŞ prezidenti əlavə edib ki, yaxın aylarda administrasiya yeni
və qanuni tarifləri müəyyən edib tətbiq edəcək.