Ağcabədi rayonunda fərdi təsərrüfatda baş verən yanğın
nəticəsində 4 baş iribuynuzlu heyvan tələf olub.
Trend-in
məlumatına görə, hadisə rayon sakini Seyid Həsənə məxsus
təsərrüfatda qeydə alınıb. İlkin məlumata görə, yanğın zamanı
təsərrüfat ərazisində saxlanılan 14 ton ot bağı yanaraq yararsız
hala düşüb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon
Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğının
söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb və alovun
ətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri
müəyyənləşdirilir.

