Məşhur internet brauzeri “Windows 7” üçün dəstəyi dayandırır

Baş səhifə

Bakı. Trend:

“Mozilla” şirkəti “Windows 7” əməliyyat sistemində “Firefox”
brauzerinin dəstəyinin tezliklə dayandırılacağını elan edib.

Trend xəbər verir
ki, bu qərar “Microsoft”un 2020-ci ilin yanvar ayında Windows 7
üçün rəsmi dəstəyi dayandırması ilə əlaqədardır və artıq Mozilla bu
platformada “Firefox”üçün təhlükəsizlik yeniləmələri və səhv
düzəlişləri buraxmayacaq.




“Windows 7” istifadə etməyə davam edən istifadəçilər
təhlükəsizlik və uyğunluq problemləri ilə üzləşə bilərlər.
“Mozilla” brauzerin təhlükəsiz və stabil işləməsini təmin etmək
üçün istifadəçilərə “Windows 10” və ya “Windows 11” kimi daha yeni
əməliyyat sistemi versiyasına keçməyi tövsiyə edir.

Xatırladaq ki, “Firefox 115” 2023-cü ilin iyul ayında buraxılıb.
Rəsmi olaraq bu, Windows 7, Windows 8 və Windows 8.1 sistemlərini
dəstəkləyən son Firefox buraxılışı olub.