İran Azərbaycandan elektrik enerjisi alışını artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 37,230
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu
həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,058
milyon ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə
müqayisədə həcm ifadəsində 813 min kVt/saat və ya 2,2%, dəyər
ifadəsi ilə isə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.

Eyni zamanda, 2025-ci ildə İrandan Azərbaycana 980 min ABŞ
dolları dəyərində, 34,506 milyon kVt/saat həcmində elektrik
enerjisi ixrac edilib.




Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 13 min ABŞ
dolları və ya 1,3%, həcm ifadəsində isə 449 min kVt/saat və ya 1,3%
azdır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə
– Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları
dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac
edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və
İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat
elektrik enerjisi idxal edib.