Bakı. Trend:
Ötən gecə İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi
çərçivəsində Bolqarıstan millisini 4:0 hesabı ilə məğlub edib.
Trend xəbər
verir ki, bununla da komanda yeni uğura imza atıb.
Belə ki, İspaniya millisi məğlubiyyətsizlik seriyasını 29 matça
(yoldaşlıq oyunları istisna olmaqla) çatdırıb. Bu görüşlərdə
İspaniya 24 qələbə qazanıb, 5 heç-heçə edib.

