Qazaxıstanda qan rəqəmsallaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanda qan komponentlərinin identifikasiyası məqsədilə
QR-kod sisteminin tətbiqinə başlanılıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan
Mərkəzində qan komponentlərinin etiketlərində QR-kodlardan
istifadəni nəzərdə tutan rəqəmsal “ScanQAN” sistemi tətbiq
edilib.




Layihə pasiyentlərin təhlükəsizliyinin artırılmasına, qanın
keyfiyyətinə nəzarətin gücləndirilməsinə və transfuziya
terapiyasının aparılması zamanı tibb işçilərinə dəstəyin
genişləndirilməsinə imkan verəcək.

Qeyd edək ki, bu sistem Qazaxıstanda ilk dəfə olaraq tətbiq
olunur.