
Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsi davam edir.
Trend xəbər verir
ki, ikinci oyun günündə daha dörd qarşılaşma keçiriləcək.
Turnirdə yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda “Nyukasl”ı
qəbul edəcək.
Digər görüşlərdə “İnter” səfərdə “Bodo/Qlimt” ilə üz-üzə
gələcək. “Atletiko Madrid” “Brügge” ilə qarşılaşacaq. “Olimpiakos”
isə “Bayer”i qəbul edəcək.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevral
tarixlərində keçiriləcək.
18 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)
00:00.”Bodo/Qlimt” (Norveç) – “İnter” (İtaliya)
00:00.”Brügge” (Belçika) – “Atletiko” (İspaniya)
00:00.”Olimpiakos” (Yunanıstan) – “Bayer” (Almaniya)


