ABŞ Konqresi yaxınlığında üzərində dolu ov tüfəngi olan şəxs saxlanıldı

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin binası yaxınlığında hüquq-mühafizə orqanlarının
əməkdaşları üzərində dolu ov tüfəngi olan bir kişini
saxlayıblar.

Trend xəbər verir
ki, bu barədə Maykl Sallivan mətbuat konfransında məlumat
verib.




Onun sözlərinə görə, “bir kişi ov tüfəngi ilə maşından düşüb
Kapitoliyə tərəf qaçıb. O, Kapitoli polisi tərəfindən saxlanılıb,
polislər ona silahı yerə qoymağı əmr ediblər və o, tabe olub”.

Sallivan əlavə edib ki, saxlanılan şəxs 18 yaşındadır. Ov
tüfəngi doldurulmuş vəziyyətdə olub, şəxs taktiki jilet geyinmişdi
və üzərində sursat var idi. Maşından həmçinin dəbilqə və qaz
maskası tapılıb. Onun hərəkətlərinin motivi hələ müəyyən
edilməyib.