Bakı. Trend:
Çinin Yunnan əyalətinin cənub-qərbində göyərtəsində 26 sərnişin
olan gəzinti qayığı aşıb, nəticədə azı dörd nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə fevralın 17-də, Çin Yeni ilinin ilk günündə, Çüsün
şəhərinin Lyansivan turizm kəndi yaxınlığında baş verib.
Məlumata görə, Dövlət Şurasının Milli Təhlükəsizlik Komissiyası
qanunvericiliyə uyğun olaraq məsul şəxslərin istintaqı və təqibinə
əyalət səviyyəsində nəzarət edilməsi barədə göstəriş verib.
Hazırda hüquq-mühafizə orqanları turistləri daşıyan qayığın
aşmasının konkret səbəblərini müəyyənləşdirmək üçün araşdırmaları
davam etdirir.

