Ali təhsil müəssisələrinə qəbul imtahanlarına qeydiyyat başlanır

Baş səhifə

Bakı. Trend:

Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarına
qeydiyyat başlanır.

Trend xəbər verir
ki, imtahanlarda iştirak etmək üçün bütün abituriyentlərin
qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 18-dən martın
5-dək aparılacaq.




Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul
imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.