
Bakı. Trend:
Qəbul imtahanları ərəfəsində abituriyentlərin və valideynlərin
ən çox düşündüyü “Niyə məhz bu universitet?” və “Bu ali təhsil
müəssisəsi mənə hansı imkanları təqdim edəcək?” suallarıdır.
Məhz bu suallara dolğun və rahat formada cavab vermək məqsədilə
İqtisad Universiteti tərəfindən “SİZİN UNEC” adlı yeni rəqəmsal
platformanı istifadəyə verilib.
Platformada abituriyentlər UNEC-in təhsil, təqaüd, karyera və
beynəlxalq imkanları ilə rahat, vizual və cəlbedici formatda tanış
ola bilərlər. Platformanın əsas üstünlüklərindən biri funksional və
intuitiv dizaynıdır. Müxtəlif rənglərlə təqdim olunan interaktiv
bölmələr vasitəsilə abituriyentlər maraqlandıran mövzulara bir
kliklə keçid edərək universitet haqqında ətraflı məlumat əldə
edirlər.
“SİZİN UNEC” platformasında UNEC-in beynəlxalq reytinqlərdə
qazandığı uğurlar, keyfiyyətli təhsil standartları və üstünlükləri,
ikili diplom, beynəlxalq mübadilə, UDİD, Minor proqramları, daxili
təqaüd imkanları, müasir kampus infrastrukturu, tələbələrin təhsil
müddətində qazandıqları praktiki bacarıqlar, iş dünyası ilə
əməkdaşlıq imkanları, eləcə də digər üstünlüklər barədə operativ
məlumat əldə etmək mümkündür.
Platforma abituriyentlərə universitet seçimini real faktlar
əsasında etmək imkanı yaradır.
Gələcəyini beynəlxalq standartlara cavab verən, innovativ və
dinamik universitet mühitində qurmaq istəyən hər bir abituriyent “SİZİN UNEC” platformasını ziyarət edərək universitetin təqdim
etdiyi geniş imkanlarla tanış ola bilər.
Platformaya keçid: https://sizin.unec.edu.az/

