Ağdamda İşğal və Qələbə muzeyləri kompleksinin tikintisi üçün tender elan edilib

Baş səhifə

Bakı. Trend:

“Əzizli TİKİNTİ VƏ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağdam
şəhərində İşğal və Qələbə Muzey Kompleksinin tikintisi üçün tender
elan edib.

Trend-in
məlumatına görə, iştirak haqqı 6625,62 manatdır.

İddiaçılar təkliflərini 7 iyul 2026-cı il, saat 10:00-dan
(GMT+4) gec olmayaraq təqdim etməlidirlər. Təklif paketləri də 7
iyul 2026-cı il, saat 10:00-dan (GMT+4) sonra açılacaq.

Əlaqə: Teymur Məmmədov




Tel.: (+994) 12 565 01 47

E-poçt: [email protected]

Ünvan: AZ1000, Bakı, Üzeyir Hacıbəyli küçəsi, 84.