
Bakı. Trend:
Almaniya Kansleri Fridrix Merts iyulun 3-də Baltikyanı
dövlətlərin rəhbərləri – Latviyanın Baş naziri Andris Kulberqs,
Estoniyanın Baş naziri Kristen Mixal və Litva Prezidenti Gitanas
Nauseda ilə görüş keçirəcək.
Berlində – Kansler Ofisində təşkil ediləcək B3+1 formatlı
görüşdə Ankarada keçiriləcək NATO Sammitinə hazırlıq məsələləri,
təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı mövzular, eləcə də
Ukraynaya dəstəyin davam etdirilməsi müzakirə olunacaq.

