
Bakı. Trend:
ABŞ-də keçirilən futbol üzrə dünya çempionatının H qrupunun III
turunda İspaniya Uruqvay üzərində minimal hesablı qələbə
qazanıb.
Qvadalxara stadionunda keçirilən görüşdə yeganə qolu 42-ci
dəqiqədə Aleks Baena vurub. Bu qol İspaniyaya 1:0 hesablı qələbə
qazandırıb.
Qazanılan üç xal sayəsində İspaniya xallarının sayını 7-yə
çatdıraraq H qrupunu birinci pillədə başa vurub və pley-off
mərhələsinə qrup lideri kimi vəsiqə əldə edib.

