
Bakı. Trend:
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərə Premyer
Liqasında klubunu dəyişə bilər.
“Tottenhem” italiyalı futbolçunu transfer etmək istəyir. Bu
barədə insayder Nikolo Skira məlumat yayıb.
London klubu Tonali ilə şəxsi müqavilənin şərtlərini
razılaşdırıb. 26 yaşlı dayaq yarımmüdafiəçisi “Tottenhem”in illik
12 milyon avro olmaqla 6 illik müqavilə təklifini qəbul edib.
Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, “Nyukasl” Sandro Tonalini 2023-cü ilin yayında “Milan”dan 60 milyon avroya transfer edib. İtaliya millisinin üzvü
2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana
çıxdığı 53 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda
qalıb.

