
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp fevralın 17-də Cenevrədə başlayan
Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında danışıqları vacib
adlandırıb.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə deyib.
“Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır. Sizə
deyəcəyim bu qədər. (…) Biz onların gəlməsini istəyirik”, – deyə
o bildirib.
Amerika prezidentinin qarşıdan gələn danışıqlardan nə gözlədiyi
soruşulduqda, o, “bu, çox sadə olacaq” fikrini bildirdi.
“Bu vacib danışıqlardır”, – deyə D.Tramp vurğulayıb.

