Bakı. Trend:
Yaddaş çiplərinin artan çatışmazlığı qlobal texnologiya
sənayesinə sistemli təzyiq göstərməyə başlayır. İlon Mask və Tim
Kuk da daxil olmaqla, aparıcı şirkətlərin baş direktorları istehsal
planlarının pozulması, gəlirliliyin azalması və elektronika
qiymətlərinin sürətlə artması riski barədə xəbərdarlıq edirlər.
Trend-in məlumatına görə, bu barədə “Fortune” nəşri xəbər
verib.
“Tesla” və “Apple” şirkətləri, bir sıra digər sənaye oyunçuları
ilə birlikdə, müasir elektronikanın əsas komponenti olan DRAM
çatışmazlığının artıq istehsal həcmlərini məhdudlaşdırdığından
şikayətləniblər. T.Kuk bildirib ki, çatışmazlıq iPhone-ların
gəlirlərinə mənfi təsir göstərə bilər.
Yaddaş istehsalçısı “Micron Technology” şirkəti vəziyyəti
görünməmiş bir maneə kimi təsvir etdi. İ.Mask da öz növbəsində
xarici təchizatçılardan asılılığı azaltmaq üçün daxili yaddaş
istehsalının yaradılmasının vacibliyini etiraf etdi.

