Ötən həftə 385 hektar ərazi minalardan təmizlənib

Baş səhifə

Bakı.Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə
həftəlik (09.02.2026-15.02.2026) məlumat açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) azad
edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar
tərəfindən icra olunan əməliyyatları ilə bağlı həftəlik məlumatında
deyilir.




Bildirilir ki, azad olunan ərazilərdə fevralın 9-dən 15-dək 7
tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 130 partlamamış hərbi
sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Məlumata əsasən, həmin müddətdə 385 hektar ərazi minalardan
təmizlənib.