
Belqrad. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib.
Trend xəbər verir
ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin
başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşıladı.

