Bakı. Trend:
Reaktorların soyudulması üçün Çernavoda AES-ə daxil olan su
axınının artırılması məqsədilə Dunayın Bala qolu üzərində dörd
barjanın batırılması əməliyyatı başa çatıb.
Bu barədə Rumıniyanın milli “Apele Române” (“Rumıniya Suları”)
administrasiyası məlumat yayıb.
“İdarə olunan şəkildə batırılan dörd barja iki süni astana
rolunu oynayacaq. Bu qurğular su axınının bir hissəsinin suyun
elektrik stansiyasına daxil olduğu [Köhnə Dunay] qoluna
yönəldilməsinə kömək edəcək”, – deyə “Facebook”da yayımlanan
açıqlamada bildirilib.
Məlumata görə, əməliyyatın nəticələri ən tez sabah axşam
saatlarında və bazar ertəsi ərzində müşahidə olunacaq.

