Xarkovda 10 mərtəbəli yaşayış binası vurulub, ölənlər var

Baş səhifə

Ukraynanın Xarkov şəhərində 10 mərtəbəli yaşayış binasına PUA zərbəsi endirilib.

UNİAN xəbər verir ki, hücum nəticəsində binanın 7-ci mərtəbəsindən 10-cu mərtəbəsinədək olan hissəsi dağılıb. Daha sonra yaxınlıqdakı digər çoxmərtəbəli binaya da zərbə endirilib.

Son məlumata görə, 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xilasedicilər yanan və tüstülənən mənzillərdən 12 nəfəri təxliyə ediblər. Dağıntılar altında insanların qaldığı bildirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.