Pentaqon ABŞ-da silah və sursat istehsalının sürətləndirilməsini tələb edib

Baş səhifə

Pentaqon hərbi şirkətlərdən ABŞ ordusuna silah və sursat istehsalını və tədarükünü sürətləndirməyi tələb edib.

APA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib.

Məlumata görə, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükünün əhəmiyyətli dərəcədə artırılması ilə bağlı planlarını təqdim etmək üçün 21 gün vaxt verib.

Faynberq bildirib ki, illərlə davam edən istehsal dövrləri artıq Pentaqon üçün qəbuledilməzdir. Təcili tədarük tələb olunan sistemlər arasında yeni nəsil NGI raket əleyhinə müdafiə sistemi, NASAMS zenit-raket kompleksləri, mobil hava hücumundan müdafiə radarları və raketlərin kosmosdan izlənməsi sistemi də var.

Qeyd olunur ki, bu addım əsasən İranla münaqişə nəticəsində yaranan sursat çatışmazlığı fonunda atılıb.