ABŞ Gürcüstana sanksiya TƏTBİQ ETDİ

Baş səhifə

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Gürcüstanda yaradılmış “SHPS Shelbit” şirkətini İrana və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) xidmət edən beynəlxalq çirkli pulların yuyulması və sanksiyalardan yayınma sxemində iştirak etməkdə ittiham edib.

Modern.az xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, məhz Gürcüstanda qeydiyyatdan keçmiş bu hüquqi şəxs İran rejiminin güc strukturlarının kriptoaktivlərinin tranziti üçün əsas kanallardan biri olub.

SEPAH-ın nəzarətində olan kriptoünvanlardan “Shelbit Exchange” hesablarına 1 milyon dollardan çox vəsait köçürülüb. Əks istiqamətdə isə Shelbit-dən SEPAH-la əlaqəli strukturlara 2 milyon dollardan çox kriptoaktiv göndərilib.