
Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri dəstəkləyir.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı proseslər Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.
Hakan Fidan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişinin İran və ya digər dövlətlərə qarşı yönəlmədiyini də vurğulayıb.
“Ortaq təhdid yoxdur. Sazişi imzalayan ölkələrə təhlükə yaratmadığı müddətdə heç bir dövlət hədəf olmayacaq”, – deyə nazir bildirib.
Fidanın sözlərinə görə, saziş texniki baxımdan NATO-nun 5-ci maddəsinə bənzəyir. O, növbəti mərhələdə Misirin də bu əməkdaşlığa qoşula biləcəyinə əminliyini ifadə edib və Cənubi Qafqaz ölkələri ilə də oxşar razılaşmaların mümkünlüyünü istisna etməyib.

