Azərbaycan cüdoçusu Avropa Kubokunda medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Skopyedə keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda
ilk yarış günü başa çatıb.

Azərbaycan yığmasının heyətindən yalnız bir cüdoçu ilk gündə
medal qazanıb.




-63 kq çəki dərəcəsində mübarizə aparan Nilgün Rzayeva üçüncü
yer uğrunda görüşdə Rumıniya təmsilçisi Maya Adamaçiyə qalib
gələrək turnirin bürünc medalına sahib olub.

Yarışın ikinci günündə Azərbaycanın daha 10 cüdoçusu tatamiyə
çıxacaq.