Tailandda avtobus aşdı

Baş səhifə

Bakı. Trend:

Tailandın cənubundakı Tranq vilayətində avtobusun aşması
nəticəsində 40-dan çox insan xəsarət alıb.

Trend xəbər verir
ki, hadisə gecə saatlarında baş verib.




Avtobus Phuket – Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyat
vasitəsində ümumilikdə 52 nəfər olub, onlardan 10-dan çoxu ağır
xəsarətlər alıb.

Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi
səbəbindən baş verib. Polis faktla bağlı araşdırmalara
başlayıb.