Ermənistan Türkiyəyə qədər uzanan dəmir yolunun tikintisi üçün tender elan edib

Baş səhifə

Bakı.Trend:

Ermənistan Türkiyə ilə sərhədə qədər Axurikdən uzanacaq dəmir
yolu xəttinin tikintisi üzrə tender elan edib.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri
Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.




“Biz artıq Axurik dəmir yolunun bərpası ilə bağlı tender elan
etmişik. Ermənistanda bunu öz vəsaitimiz hesabına həyata
keçirəcəyik. Rusiya bunu etməyəcək – bu, bizim mülkiyyətimizdir”, –
deyə o vurğulayıb.

Paşinyan qeyd edib ki, layihə “Beynəlxalq Sülh və Rifah Naminə
Tramp Marşrutu” (TRIPP) təşəbbüsü çərçivəsində həyata keçirilir.
Onun sözlərinə görə, 2026-cı ildə layihələrin praktiki icrasına
başlanılması planlaşdırılır. Baş nazir əlavə edib ki, o və ABŞ
Prezidenti Donald Tramp bunu səbirsizliklə gözləyirlər.