ABŞ İranın radar məntəqələrinə zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz
boğazına doğru atılan İranın dörd birtərəfli hücum dronunu
vurduğunu açıqlayıb.

Trend xəbər verir ki,
bəyanatda komandanlıq hücum dronlarının regional dəniz nəqliyyatı
üçün təhlükə yaratdığını bildirib.




Qeyd olunub ki, ABŞ qüvvələri daha sonra gələcək hücumlardan
qorunmaq üçün İranın Goruk və Qeşm adasındakı sahil müşahidə radar
məntəqələrinə zərbələr endirib.