
Bakı. Trend:
Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında)
mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət
tablolarının üzərində olduğu metal konstruksiyanın bir hissəsinin
söküntü işlərinə başlanılıb.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən bildirilib.
Bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət tətbiq edilib. Mərdəkan şosesindən gələn
sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə
yönləndirilir.
Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin
rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər
görülür.

