Moskvada yaralanan generalın vəziyyəti AÇIQLANIB

Baş səhifə

Moskvada sui-qəsd cəhdinə məruz qalan rusiyalı general-leytenant Vladimir Alekseyevin səhhəti ilə bağlı açıqlama verilib.

Modern.az-ın xəbərinə görə, həkimlər onun vəziyyətini ağır, lakin stabil kimi dəyərləndirir.

Bildirilib ki, hazırda generalın həyatı üçün təhlükə yoxdur.

Xatırladaq ki, sui-qəsd cəhdinin təşkilində şübhəli bilinən Lyubomir Korba Dubayda saxlanılıb və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Rusiyaya təhvil verilib. (TASS)