
Bakı. Trend:
Konqo Demokratik Respublikası, Anqola və Namibiya Böyük
Britaniyada qanunsuz yaşayan minlərlə vətəndaşını geri qəbul etməyə
razılaşıb.
Trend “The
Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, bu qərar
Londonun viza məhdudiyyətləri tətbiq edəcəyi ilə bağlı
xəbərdarlığından sonra verilib.
Böyük Britaniyada məhkum edilmiş təxminən 4 min cinayətkarın bu
ölkələrə deportasiyası planlaşdırılır.

